Güclü yağış qızıl mədəninin çökməsinə səbəb oldu  - 50 nəfər öldü
15 Sen 2020 14:42
350

Güclü yağış qızıl mədəninin çökməsinə səbəb oldu - 50 nəfər öldü

Konqo Demokratik Respublikasının Cənubi Kivu vilayətindəki Kamituqa bölgəsində qızıl mədəninin çökməsi nəticəsində 50 nəfər həyatını itirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə vilayət valisi açıqlama verib. Onun sözlərinə görə, çökməyə səbəb bir həftə ardıcıl leysan yağışın yağması olub. 

Bildirək ki, ölkədə iki günlük matəm elan olunub. 

Kamituqa bələdiyyəsinin sədri Aleksandr Bundya çöküntünün altında hələ də insan ola biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu səbəblə axtarış və xilasetmə işləri davam edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər