Güclü zəlzələ kameralara belə düşdü – Video

saytların hazırlanması

Evə çatdırılma

Güclü zəlzələ kameralara belə düşdü – Video

Dünya

23 Yanvar 2024 08:43 493


Çinin Çin və Qırğızıstan sərhədində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində baş verən 7 bal gücündə zəlzələ zamanı və ondan sonra panika dolu anlar kameralara əks olunub. 

Milli.Az yerli mediaya istinadən xəbər verir ki, görüntülərdə mənzillərdəki çılçıraqların titrədiyi və yerli əhalinin küçələrə axışdığı görünür.

Məlumata görə, yerli əhali havanın soyuq olmasına baxmayaraq baxmayaraq gecəni küçədə keçirib.

Qeyd olunur ki, zəlzələnin 13 kilometr dərinlikdə olduğu bildirilsə də, təxminən yarım saat sonra bölgədə 5,1, 5,5 və 5,0 bal gücündə təkanlar baş verib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi də 4 bal gücündə zəlzələnin Almatıda hiss olunduğunu açıqlayıb. Sosial mediada zəlzələnin hiss olunduğu ölkələrdə küçələrə çıxan insanların görüntüləri diqqət çəkib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!