Güləşçilərimiz finalda erməni rəqiblərinə qalib gələrək Avropa çempionu oldular

saytların hazırlanması

Evə çatdırılma

Güləşçilərimiz finalda erməni rəqiblərinə qalib gələrək Avropa çempionu oldular

İdman

26 İyun 2024 22:53 926


Azərbaycanın yunan-Roma güləşi millisi Serbiyada keçirilən U-17 Avropa çempionatında daha beş medal qazanıb.

Yenisabah.az xəbər verir ki, Turan Daşdəmirov (51 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

O, finalda erməni Yurik Mxitaryana tam üstünlüklə qalib gəlib - 8:0.

Ayxan Cavadov (60 kq) da həlledici görüşdə Ermənistan güləşçisi Aleks Marqaryandan üstün olub - 9:4.

Səid Paşayev (92 kq) isə finalda serbiyalı Stevan Kojiçə tam üstünlüklə qalib gəlib.

Yusif Əhmədli (71 kq) finalda belaruslu Kiril Valeuskiyə (AİN) 3:7 hesabı ilə məğlub olub. Nicat İsgəndərli (45 kq) bürünc medal uğrunda görüşdə norveçli Abubakar Saqaya 10:6 hesabı ilə qalib gəlib.

Beləliklə, yunan-Roma güləşi yığmamız Avropa çempionatını ümumilikdə 3 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!