Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu

Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu

İdman

18 Mart 2023 22:14 791


Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında güləşçimiz Maqomed-Başir Xaniyev (70 kq) final görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, o qızıl medal uğrunda ermənistanlı Hayk Papikyanla mübarizə aparıb.

Erməni rəqibini tatamiyə çıxmağa peşman edən İdmançımız tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.

Digər idmançımız Rəşid Babazadə (65 kq) zədələndiyi üçün fransalı Xamzat Arsamerzoyevlə final görüşündə güləşməyib və U-23 Avropa çempionatının gümüş medalını qazanıb.

Səbuhi Əmiraslanov ermənistanlı Narek Qriqoryana  4:1 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb. İslam İlyasov (97 kq) isə finalda türkiyəli Oktay Çiftçi ilə üz-üzə gələcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!