Güllünün ölümü ilə bağlı istintaq bitdi – Qızı hakim qarşısına çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Güllünün ölümü ilə bağlı istintaq bitdi – Qızı hakim qarşısına çıxacaq

Şou

03 Avqust 2026 20:00 101


“Güllü” kimi tanınan türkiyəli müğənni Gül Tutun ötən il Yalovada evinin pəncərəsindən yıxılaraq ölməsi ilə bağlı istintaq yekunlaşıb.

"Yeni Sabah" xəbər verir ki, istintaqın nəticəsinə əsasən, sənətçinin həbsdə olan qızı Tuğyan Ülkem Gülter barəsində “valideyni qəsdən öldürmə” maddəsi ilə ittiham irəli sürülüb və onun ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsi istənilib.

Prokurorluq şahid ifadələri, təhlükəsizlik kameralarının qeydləri və ekspertiza rəylərini araşdıraraq hadisənin qəsdən törədildiyi qənaətinə gəlib. İddialara görə, təqsirləndirilən şəxs hadisədən sonra bəzi rəqəmsal sübutları silməyə və şahidlərə təsir göstərməyə çalışıb. pizza mizza

İttiham aktına məhkəmədə baxıldıqdan sonra iş üzrə yekun hüquqi qərar veriləcək.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!