Gülyanaq Məmmədovaya Özbəkistanın Xalq artisti fəxri adı verildi

saytların hazırlanması

Evə çatdırılma

Gülyanaq Məmmədovaya Özbəkistanın Xalq artisti fəxri adı verildi

Şou

30 Avqust 2022 13:11 907


Özbəkistanda azərbaycanlı elm və mədəniyyət xadimləri mükafatlandırılıb. 

“Report” Özbəkistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının vokalisti Gülyanaq Məmmədovaya “Özbəkistan Respublikasının Xalq artisti” adı verilib. Pepperoni pizza

Bundan başqa, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri Almas Binnətova “Dostluq” ordeni ilə təltif ediliblər.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!