Günay: “Çox idik, 3 min nəfər...”

saytların hazırlanması

Evə çatdırılma

Günay: “Çox idik, 3 min nəfər...”

Şou

10 May 2024 10:00 840


Aparıcı Günay Baxşəliyeva televiziyaya ilk gəlişindən bəhs edib.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, o, 3 mindən çox insan arasından seçilməyinin əsas səbəbini açıqlayıb.

Baxşəliyeva "Günaylı gün" verilişində deyib: "Mən kitaba, dəftərə çox həvəsliyəm. İndi də avtomobilimin arxasında Azərbaycan dilinin qayda-qanunları, qrammatikası kitabı var. Dördpendirli pizza

Televiziyaya gəlişimin, seçilməyimin səbəbi Azərbaycan dilini və ədəbiyyatı, qrammatikanı mükəmməl bilməyim olub. Onun sayəsində o qədər insanın arasından seçildim. Çünki məndən də gözəl qızlar, bəylər var idi. Çox idik, 3 min nəfərdən çox insan gəlmişdi. 500 qaldı, axıra da 15-20 nəfər.

Artıq bilikləri yoxlamağa başladılar. Sualları səsləndirdilər. Bütün suallara cavab verdim. İndiki kimi yadımdadır. Ondan sonra hətta mənə redaktorluq da, aparıcılıq da təklif etdilər. İlk işim redaktor işi oldu. Sonra "Bizim səhər"də aparıcılıq etməyə başladım".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!