“Günəş” restoranında keçirilən toy məclisində baş verən zəhərlənmə hadisəsi ilə bağlı AQTA tərəfindən araşdırma aparılıb.
“Yeni Sabah” xəbər verir ki, araşdırma zamanı məclisdə istifadə olunan qida məhsullarının toy sahibi tərəfindən restorana təqdim edildiyi müəyyənləşib.
İstehlaka təqdim olunan qida məhsullarından, qida ilə təmasda olan işçilərin əllərindən, həmçinin mətbəxdəki səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək laborator müayinəyə göndərilib. Toyuqlu pizza
Araşdırma yekunlaşanadək Kürdəmir rayonunda yerləşən “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Aytac Əliyeva
Telegram kanalımız