Güney Azərbaycanın tanınmış yazıçısı vəfat etdi

Güney Azərbaycanın tanınmış yazıçısı vəfat etdi

Mədəniyyət

18 Mart 2023 23:49 1436


Güney Azərbaycanın tanınmış yazıçı və tədqiqatçısı Vəli Rai Şücai (Arazlı) vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə GunAz TV məlumat yayıb.

Bildirilib ki, o, 1958-ci ildə Güney Azərbaycanın Culfa rayonunun Şüca kəndində dünyaya gəlib. Vəli Rai Şüca uzun illər müəllim işləyib. O, Güney Azərbaycanın bir sıra yazıçı, şair və sənət adamlarının əsərlərinin tədqiq və nəşrinə nail olub.

Vəli Rai Şücai "Dünəndən bu günə Culfa", "Çaldıran savaşı", "Koroğlu əfsanəsi" kitablarının müəllifidir.

Onun xərçəng xəstəliyindən vəfat etdiyi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!