“Günorta restoran toyuna gedirdik, sonra Bakı kəndlərinə, gecə isə...“

saytların hazırlanması

Evə çatdırılma

“Günorta restoran toyuna gedirdik, sonra Bakı kəndlərinə, gecə isə...“

Şou

21 Yanvar 2023 11:23 801


"Bu gün sənətə olan həvəsim o illərdəki kimi qalmayıb. O vaxt dünyaya bir başqa cür baxırdın. Hər şey nağıllardakı kimi gəlirdi mənə. Çox təəssüf ki, reallıq başqadır".

Yenisabah.az moderator-a istinadla xəbər verir ki, bunu əməkdar artist Nüşabə Ələsgərli deyib.

O əlavə edib: "30 il olacaq ki, səhnədəyəm, sənətdəyəm. Çox çətinliklərim, əziyyətlərim olub. Həm konservatoriyada oxuyurdum, həm Mahnı və Rəqs ansamblında işləyirdim, həm də toylara, el şənliklərinə gedirdim. Əziyyətsiz iş olmur ki. Çox təəssüf ki, bu gün sənət layiqincə təbliğ olunmur. Sənət sanki arxada qalıb". Pepperoni pizza

Əməkdar artist hər zaman Niyaməddin Musayevə təşəkkür etdiyini bildirib:

"Məni ilk dəfə xanım müğənni kimi xalq artisti Niyaməddin Musayev üzə çıxarıb. Onunla birlikdə xarici ölkələrdə çıxışlar etmişəm. 1990-cı ildə ilk dəfə onunla sənət fəaliyyətimə başlamışam. Niyaməddin Musayevlə bir gündə 3 toya gedirdik. Günorta restoran toyuna gedirdik, sonra Bakı kəndlərinə, gecə isə rayonlara. Niyaməddin müəllimin repertuarında olan mahnıları hamı oxuyur. Özü də yeni aranjmanda, öz dəsti-xətti ilə. Amma ana xəttə toxunmaq olmaz".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!