Gürcüstan bəzi Azərbaycan vətəndaşlarını ölkədən çıxardı - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan bəzi Azərbaycan vətəndaşlarını ölkədən çıxardı - SƏBƏB

Hadisə

03 Sentyabr 2024 21:13 902


Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) avqust ayında miqrasiya qanunvericiliyini pozduğuna görə 33 nəfəri, o cümlədən Azərbaycan vətəndaşlarını ölkədən çıxarıb.

Oxu.az-ın məlumatına görə, bu barədə qurumun məlumatında deyilir.

Çıxarılanların bəziləri ölkəni könüllü tərk edib, digərləri isə məcburi qaydada çıxarılıb. Çıxarılanlar arasında Azərbaycanla yanaşı İran, İordaniya, Hindistan, Türkiyə, Misir, Avstraliya, Pakistan, Nigeriya, Çin, İraq və Rusiya vətəndaşları da var.

Qeyd edək ki, Gürcüstan DİN iyun ayının əvvəlindən xarici vətəndaşların çıxarılması ilə bağlı statistikanı dərc etməyə başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!