Gürcüstan vətəndaşının qətli - Peskov: “Xəbərim yoxdur”

Gürcüstan vətəndaşının qətli - Peskov: “Xəbərim yoxdur”

Rəsmi Veb saytların hazırlanması

07 Noyabr 2023 14:17 1584


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov etiraf edib ki, Gürcüstan vətəndaşının Cənubi Osetiya ilə sərhəddə ölməsi barədə məlumatı yoxdur.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, o, jurnalistlərə bildirib:  

“Xeyr, bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur, heç bir məlumat yoxdur”.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bundan əvvəl məlumat vermişdi ki, ölkə vətəndaşı Kirbalı kəndi yaxınlığında onu həbs etmək cəhdi zamanı Cənubi Osetiya nümayəndələri tərəfindən güllələnib. Bir vətəndaşın saxlanıldığı da bildirilir.

Gürcüstan prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, parlamentin spikeri Şalva Papuaşvili və ombudsman Levan İoseliani insidentlə bağlı narahat olduqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!