Gürcüstanda cəza çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
30 Okt 2020 11:56
398

Gürcüstanda cəza çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbs cəzası çəkən əcnəbilərin 110-u Azərbaycan vətəndaşıdır.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib.

Qonşu ölkə həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 3 nəfər artıb.

İttiham olunanların sayı 15 nəfərdir ki, onların 9-u kişi, 2-si qadın, 4-ü isə yeniyetmədir. Məhkumların sayı isə 84-i kişi, 11-i qadın olmaqla 95 nəfər təşkil edir.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı aylıq müqayisədə 1 nəfər artıb. Hazırda həmin vətəndaşların sayı 30 nəfər təşkil edir ki, onların 29-u kişi, 1-i qadındır. (Report)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər