2026-cı ilin iyul ayında Gürcüstandan xarici ölkələrə pul köçürmələrində Azərbaycan ilk sırada qərarlaşıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının açıqladığı məlumatlarda bildirilib.
Məlumata görə, iyul ərzində Gürcüstandan xaricə ümumilikdə 39 milyon ABŞ dolları və ya 102,8 milyon lari göndərilib. İllik müqayisədə köçürmələrin ümumi həcmi 4,7% artıb. pizza
Hesabat ayında Azərbaycana 6,985 milyon ABŞ dolları məbləğində pul köçürülüb. Bununla da Azərbaycan Gürcüstandan ən çox vəsait göndərilən ölkə olub.
Türkiyə 6,435 milyon dollarla ikinci, Rusiya isə 3,663 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
Ötən ilin iyulunda isə lider Türkiyə olub. Beləliklə, 2026-cı ilin iyulunda Azərbaycan Türkiyəni geridə qoyaraq birinci pilləyə yüksəlib.
Pul köçürmələrinə görə ilk onluqda Ukrayna (2,436 milyon dollar), Özbəkistan (2,43 milyon dollar), Yunanıstan (2,247 milyon dollar), Qazaxıstan (1,916 milyon dollar), İtaliya (1,395 milyon dollar), Almaniya (1,168 milyon dollar) və Ermənistan (1,029 milyon dollar) da yer alıb.
Telegram kanalımız