Aprelin 24-də Baş nazir Əli Əsədov Azərbaycandakı fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Bu barədə “Yeni Sabah”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Telegram kanalımız