Haaland: İngiltərənin uğur qazanmasını istəyirəm

saytların hazırlanması

Evə çatdırılma

Haaland: İngiltərənin uğur qazanmasını istəyirəm

İdman

13 İyul 2026 12:48 59


Norveç millisinin hücumçusu Erlinq Haaland dünya çempionatının 1/4 finalında İngiltərəyə məğlub olduqları oyundan sonra rəqib komandaya uğurlar arzulayıb.

"Yeni Sabah" xəbər verir ki, "Mançester Siti"nin futbolçusu əlavə vaxtda İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra fikirlərini bölüşüb:

“İngiltərənin uğur qazanmasını istəyirəm. Düşünürəm ki, uşaqlıqda Norveç millisinin formasından əvvəl İngiltərə millisinin formasını almışdım. İngiltərəyə uğurlar arzulayıram. Çünki İngiltərə əla ölkədir, onların forması da çox gözəldir”. Dördpendirli pizza

E.Haaland İngiltərənin Lids şəhərində anadan olub. Həmin dövrdə onun atası Alf-İnge Haaland bu şəhərin adını daşıyan komandada çıxış edirdi.

Xatırladaq ki, İngiltərə millisi 2026-cı il dünya çempionatının yarımfinalında Argentina ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!