“Haber Global”: “Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Haber Global”: “Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır” - VİDEO

Siyasət

27 Sentyabr 2026 21:16 162


Türkiyə ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlığa qarşı sosial mediada əsassız iddialar və dezinformasiya xarakterli paylaşımlar yayılır.

"Yeni Sabah" xəbər verir ki, "Haber Global"da yayımlanan süjetdə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa yönələn sosial media paylaşımlarından bəhs olunub.

Süjetdə qeyd edilir ki, "bir millət, iki dövlət" anlayışından narahat olan dairələr sosial mediadan istifadə etməklə Türkiyə-Azərbaycan münasibətlərinə qarşı sistemli dezinformasiya kampaniyası aparırlar. Bildirilir ki, bəzi hesablar saxta ad və şəkillərdən istifadə edir, müxtəlif əsassız iddialar, dəyişdirilmiş görüntülər və təhqiramiz ifadələr yayırlar. pizza hut

Süjetdə bu cür paylaşımların xüsusilə BMT Baş Assambleyasında ekrana çıxarılan bir görüntüdən sonra geniş yayıldığı və Azərbaycanın milli kimliyinin, eləcə də Türkiyə ilə qardaşlıq münasibətlərinin hədəf alındığı vurğulanır.

Daha ətraflı videosüjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!