“Haber Global”ın beş yaşı tamam olur – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Haber Global”ın beş yaşı tamam olur – VİDEO

Sosial

24 Sentyabr 2023 12:31 359


Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalı bu gün beş yaşını qeyd edir.

2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.

Bununla yanaşı, yayımlanan verilişlər tamaşaçıların marağına səbəb olub, telekanal auditoriyasını Türkiyə və Azərbaycanda daha da genişləndirib. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. Marqarita pizza

Xüsusilə, Vətən müharibəsində Azərbaycana tam dəstək verən telekanal Türkiyə ilə yanaşı Azərbaycan tamaşaçılarının da rəğbətini qazanıb.

“Yeni Sabah” kollektivi olaraq “Haber Global” telekanalını fəaliyyətə başlamasının 5 illiyi münasibəti ilə təbrik edir, həmkarlarımıza uğurlar arzulayırıq!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!