Hacı Nuranın “4-cü dalğası”: “Diqqətli olun!“

saytların hazırlanması

Evə çatdırılma

Hacı Nuranın “4-cü dalğası”: “Diqqətli olun!“

Şou

17 Sentyabr 2021 17:46 4165


Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuranla çəkdirdiyi şəkil sosial şəbəkələrdə gülüş hədəfinə çevrilib.

Yenisbaah.az xəbər verir ki, onunla şəkil çəkdirmək istəyən Nurandan qaçan klarnet ifaçısı üzünü gizlədib.

Sosial şəbəkə hesabında sözügedən görüntüləri paylaşan Hüseyn "Diqqət! Diqqət! Əziz dostlarım, Hacı Nuranın 4-cü dalğası başlayıb. Onu görsəniz, gizlənin. Qəti şəkil çəkdirməyin", – deyə şərh yazıb. pizza mizza

Foto qısa zaman ərzində sosial şəbəkələrdə geniş yayılaraq gülüşlə qarşılanıb.

Qeyd edək ki, Hacı Nuran Hüseynov sosial media hesabında paylaşdığı təbriklərə və şəkillərə görə bəzən qınaq obyekti olur.

Onun sıravi bir işçidən tutmuş dövlət səviyyəsində xüsusi yer tutmuş vəzifəli şəxslərədək hamını təbrik etməsi və onlarla şəkil çəkdirməsi birmənalı qarşılanmır.

Son vaxtlar isə Hacı Nuranla şəkil çəkən sənət adamlarının dünyasını dəyişməsi müşahidə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!