Hacı Şahinə səhhətindəki problemin ciddiliyi deyilməyib - Oğlundan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Hacı Şahinə səhhətindəki problemin ciddiliyi deyilməyib - Oğlundan açıqlama

Sosial

05 Mart 2023 18:12 5082


"Belə bir məlumat yayıldı ki, Hacı Şahin Həsənli səhhətində ciddi problem olmasına baxmayaraq "Baku Medikal Plaza"da yatmaqdan imtina edib və iltizamnamə imzalamaqla xəstəxananı tərk edib. Bildirmək istəyirəm ki, atama səhhətindəki problemin nə dərəcədə ciddi olduğu bildirilməyib. Deyiblər ki, xəstəxanada qala da bilərsən, gedə də bilərsən".

Yenisabah.az xəbər verir ki, bu sözləri mərhum ilahiyyatçı Hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.

"Bəli, iltizamnamə imzalanıb, amma həkim ona problemin ciddi olduğunu deməyib. Ona görə də atam xəstəxananı tərk edib", - H.Həsənli deyib. Toyuqlu pizza

Qeyd edək ki, ilahiyyatçı Hacı Şahin Həsənli martın 2-də səhərə yaxın ürəktutmasından vəfat edib. O, həmin gecə "Baku Medikal Plaza"da müayinə olunub./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!