Hacı Şahinin yerini tutmağa ən şanslı namizəd - Hacı Ramil kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Hacı Şahinin yerini tutmağa ən şanslı namizəd - Hacı Ramil kimdir?

Maraqlı

07 Mart 2023 13:14 39178


Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənlinin martın 2-də qəfildən dünyasını dəyişməsindən sonra onun yerini kimin tutacağı ilə bağlı müzakirələr başladı. 

Yenisabah.az bildirir ki, Hacı Şahin Azərbaycan dindarları arasında böyük nüfuza malik olan ilahiyyatçı idi. O, cəmiyyətdə barışdırıcı mövqe sahibi kimi tanınırdı. Şiə məzhəbinə aid olmasına rəğmən ölkədə yaşayan bütün müsəlmanlar ona hörmət və rəğbət bəsləyirdi. Azərbaycanlı dindarların, xüsusilə yeniyetmə və gənclərimizin ayrı-ayrı ölkələrin dini qruplaşmalarının təsiri altına düşməməsində Hacı Şahin Həsənlinin misilsiz xidmətləri vardı. 

İndi əsas məsələ Hacı Şahin Həsənlidən sonra bu boşluğu kimin dolduracağıdır.  pizza sifarişi

Hacı Şahinin yarımçıq qalan bu missiyasını kim davam etdirəcək? 

"Yeni Sabah" bildirir ki, cəmiyyətdə Hacı Şahinin yerini tutmağa ən şanslı namizəd kimi tanınmış ilahiyyatçı Hacı Ramilin adı hallanır. 

Hacı Ramil kimdir? 

Qeyd edək ki, Azərbaycan cəmiyyəti, xüsusilə ölkə dindarları Hacı Ramili tanısalar da, internet resurslarında onun haqqında çox az məlumat var. Maraqlı olacağını nəzərə alaraq Hacı Ramil haqda bəzi məlumatları təqdim edirik: 

Ramil Vidadi oğlu Bədəlov 1985-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olub. Ata tərəfi Fatmayı, ana tərəfi isə Zığ kəndindəndir. Darul Hikmət Elm və Tədris Mərkəzində İslamşünaslıq dərsini tədris edir. 

Hacı Ramil İslam dininə, onun tarixinə və fəlsəfəsinə aid 3 kitabın müəllifidir. Müxtəlif vaxtlarda onun yazmış olduğu "Quranla yaşamaq", "Özün həqiqəti" və "Duanın sirri" kitabları işıq üzü görüb. 

Hacı Ramil uzun müddətdir ki, dini maarifçiliklə məşğuldur. O şəxsi youtube kanalında dini mövzuda hazırladığı verilişlərlə tamaşaçıların qonağı olur. 

İlahiyyatçı sosial şəbəkələrdə də geniş auditoriyaya malikdir. Onun facebookun Azərbaycan seqmentində 99 min, İnstagramda 461 min, yutubda isə 217 min izləyicisi var. Çıxışlarına və cəmiyyətə verdiyi mesajlara görə insanlar onu savadlı ilahiyyatçı kimi xarakterize edirlər. 

Qeyd edək ki, Hacı Ramil  Bədəlov bir müddət Bakının Yeni Günəşli qəsəbəsində yerləşən Fatimeyi-Zəhra  məscidinin axundu olub. O, 2017-ci ilin aprelində qeyri-müəyyən səbəbdən tutduğu vəzifədən könüllü imtina edib. 

Hacı Ramil ailəlidir. Bir oğlu, bir qızı var.

38 yaşlı Hacı Ramilin mərhum həmkarı Hacı Şahinin yerini doldurub- doldurmayacağını zaman göstərəcək. Hələlik isə görünən odur ki, bu missiyanı davam etdirməyə ən şanslı namizəd odur...

Pünhan HƏSƏNOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Soltan
    Salam Zəhmət Olmasa Deyə Bilərsinizmi Hacı Ramil Hansı Məsciddə Olur?????????
    1 year ago