Hacıqabul sakini tanışı tərəfindən bıçaqlandı
27 Noy 2020 00:25
875

Hacıqabul sakini tanışı tərəfindən bıçaqlandı

Hacıqabul rayonu ərazisində bıçaqlanma olub.

Yenisabah.az xəbər verir ki, hadisə içki məclisində qeydə alınıb.

Hacıqabul şəhəri, Z.Tağıyev küçəsi 107 ünvanında yaşayan 1997-ci il təvəllüdlü Quliyev Kənan Yalçın oğlu tanışı tərəfindən aralarında yaranmış münaqişə zəminində bıçaqlanıb. K.Quliyev 3 bıçaq yarası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  /APA

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər