Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Pepperoni pizza
Hadisə nəticəsində bir nəfər ölüb, Türkmənistan vətəndaşları - 1958-ci il təvəllüdlü Elbrus Tağıyev və 1957-ci il təvəllüdlü Nailya Tağıyeva xəsarətlərlə Şirvan Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız