Hacıqabulda çobanlar arasında qanlı dava

saytların hazırlanması

Evə çatdırılma

Hacıqabulda çobanlar arasında qanlı dava

Kriminal

01 Fevral 2019 23:31 1087


Bu gün Hacıqabul rayonunda qoyun sürülərini qışlaqda saxlayan şəxslər arasında dava düşüb.

“Yeni Sabah” xəbər verir ki, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindəki yataqların birində baş verən hadisə nəticəsində 27 yaşlı Rəvan Qasımov kürəyindən bıçaqlanıb. Sürülərini qışlamaq üçün Hacıqabula gətirmiş Quba rayon sakini olan Rəvanın üzərinə qonşu yataqda olan Sahib adlı tanışı itlərini buraxıb. Sonra isə o Rəvan Qasımova məxsus itləri vurmağa başlayıb. 

Bundan sonra onlar dava ediblər və Sahib Rəvanı bıçaqlayıb. Kürək nahiyyəsindən bıçaq yarası alan yaralı tanışlarının köməyi ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Vəziyyətinin orta-ağır olduğu bildirilir. pizza hut

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!