Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sərt döngədə idarəetməni itirən minik maşını dəmir səddi qıraraq dərəyə aşıb.
Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Dominos pizza
Avtomobildə olan sərnişinlərin yüngül xəsarət aldıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız