Hadı Rəcəbli bir qanuna 234 dəyişiklik edib – İşçilərin ziyanına

Hadı Rəcəbli bir qanuna 234 dəyişiklik edib –
İyun 20, 2019
Oxunma sayı: 458

“Ölkə əhalisinin sosial vəziyyətini ağırlaşdıran çoxsaylı amillərdən biri də qanunlardır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı deyib. O, bildirib ki, Əmək Məsəlləsinə 1999-cu ildən bəri 309 dəyişiklik olunub. “Bunlardan 234-ü Parlamentin Sosial Siyasət Komissiyasının - sədr ömürlük deputat Hadı Rəcəbli - təklifi ilə dəyişdirilib. 

Parlamentdəki deputatların 70%-dən çoxunun işəgötürən olması ucbatından dəyişikliklərin bir çoxu xüsusi ilə də Əmək Müqaviləsi bağlanması qaydalarına edilən dəyişikliklər işçinin ziyanına olub . Bu da ölkədə işsizliyin artmasına səbəb olur”.

M. Qəhrəmanlı deyir ki, “İşsizlikdən sığorta haqqında ” yeni qanun işsizlik sığortasını almaq hüququ olan vətəndaşların əhatəsini kəskin şəkildə məhdudlaşdırır: “Qanuna əsasən işsizlik sığortasına yalnız o şəxslər müraciət edə bilər ki, ya iş yeri ixtisara düşmüş olsun, ya da işlədiyi müəssisə fəaliyyətini dayandırmış olsun. Halbuki işsizlikdən sığorta haqqı istisnasız olaraq bütün işləyənlərin əmək haqqından ödənilir. 0.5% işçi tərəfindən,0,5% işəgötürən tərəfindən”.