Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

saytların hazırlanması

Evə çatdırılma

Hakan Fidan: Bölgədə sülh və sabitlik yaranarsa, iqtisadi inkişaf sürətlənəcək

Dünya

11 Sentyabr 2026 23:25 656


Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriya ilə İraqda sülh və siyasi sabitliyin təmin olunmasının regionda iqtisadi inkişafı sürətləndirəcəyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

H. Fidan Suriyanın və İraqın bütün ərazilərində sabitliyin təmin olunmasının region xalqları, dövlətlərinin inkişafına mühüm töhfə verəcəyini qabardıb. Dominos pizza

"Suriya ilə İraqda əmin-amanlıq olduğu zaman regiondakı bütün xalqlar, dövlətlər yollarına sülh, sabitlik və inkişaf şəraitində davam edəcəklər. Bizim buna ehtiyacımız var", – nazir vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə ilə yanaşı, Suriya və İraqda siyasi sabitlik, təhlükəsizliyin təmin edilməsi regionun iqtisadi potensialının üzə çıxmasına imkan yaradacaq.

Fidan bildirib ki, Türkiyədə həyata keçirilən islahatlarla yanaşı, regional siyasət və əməkdaşlıq da iqtisadiyyatın inkişafına ciddi təsir göstərəcək.\"Report"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!