Əməkdar artist Abbas Bağırov arıqlamaq üçün əməliyyat etdirməsi ilə bağlı yumoristik şəkildə cavablandırıb.
Yenisabah.az xəbər verir ki, o, sosial media hesabında bununla bağlı paylaşım edib.
"Konsertdə məni görənlər soruşurdu ki, cərrahın kimdir? Səni hansı həkimlər əməliyyat edib və bu gözəl formaya salıb? Dedim ki, onları gizlətməyim və sinizlə tanış edim", - deyən ifaçı idman alətlərini nümayiş etdirib. pizza mizza
Xatırladaq ki, A. Bağırov bir müddət əvvəl 40 kiloqram arıqladığını bildirib.
Telegram kanalımız