“Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa...“ - Fərda

“Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa...“ - Fərda

Şou Veb saytların hazırlanması

21 Mart 2023 12:56 800


Aktyor Fərda Xudaverdiyev yenidən qalmaqallı açıqlaması ilə gündəmə gəlib. 

Publika xəbər verir ki, "MTV maqazin"ə danışan Xudaverdiyev israrla qadın paltarı ilə səhnəyə çıxmayacağını bildirib:

"İnsanları güldürmək üçün qadın paltarı geyinmərəm. Məni o paltarda görmək istəyənlər elə də qocalacaqlar. Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa zatən insanlar ona güləcəklər. Bir kişinin qadın paltarında çıxmağı gülməlidir. Mən o cür paltarla səhnəyə çıxmaq istəmirəm".

Aktyor bu açıqlaması ilə yenidən bəzi həmkarlarının bostanına daş atıb. Onların Fərdanın bu sözlərinə reaksiyasının necə olacağını isə zaman göstərəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!