Hava limanında 36 adda qanunsuz dərman götürüldü

saytların hazırlanması

Evə çatdırılma

Hava limanında 36 adda qanunsuz dərman götürüldü

Hadisə

14 Oktyabr 2026 17:34 71


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində dərman vasitələrinin ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.

“Yeni Sabah” xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə ölkəyə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən “Qırmızı kanal”a yönləndirilib. Onun əl yükünə və baqajına stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib.

Baxış zamanı şübhəli təsvirlər müşahidə olunduğundan əl yükü və baqajda ətraflı gömrük yoxlaması həyata keçirilib. Yoxlama nəticəsində gömrük orqanına bəyan edilməyən, külli miqdarda — 36 adda 16 036 ədəd dərman vasitəsi aşkarlanaraq götürülüb. Pepperoni pizza

Faktla bağlı gömrük orqanları tərəfindən araşdırma aparılır.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!