Havanı çirkləndirən zavod cəzalandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Havanı çirkləndirən zavod cəzalandırıldı

Sosial

28 Yanvar 2019 21:28 1247


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı növbəti araşdırma və monitorinq keçirib.

“Yeni Sabah” xəbər verir ki, atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.

Qeyd edək ki, ETSN tərəfindən 2018-ci ilin dekabr ayında zavod barəsində akt, protokol tərtib olunmuş və zavoda müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verilmişdi. Məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün zavod barəsində yenidən protokol tərtib edilərək hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı rayon məhkəməsinə göndərilib. pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!