Həbs edilən senatorun evindən 50 kiloqram qızıl çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Həbs edilən senatorun evindən 50 kiloqram qızıl çıxdı

Dünya

31 Yanvar 2019 22:45 1232


Dünən Sankt-Peterburqda həbs edilən "Qazprom"un törəmə müəssisəsinin baş direktorunun müşaviri Raul Araşukov və onun Moskvada həbs edilən oğlu, Qaraçay-Çərkəz Respublikasından olan senator Rauf Araşukovun evində aparılan ilkin axtarışın nəticələri məlum olub.

"Yeni Sabah" xəbər verir ki, mütəşəkkil cinayətkarlıqda təqsirləndirilən ata-oğulun Şimali Qafqaz Federal Dairəsində yerləşən 4 mülkündə axtarış aparılıb.

Təkcə mülklərin birindən 50 kiloqramdan artıq zərgərlik məmulatı aşkarlanıb. Həmçinin çoxlu qızıl külçələr, dollar, avro və rublda olan külli miqdarda nağd pul, o cümlədən müxtəlif silahlar protokollaşdırılaraq müsadirə edilib. Toyuqlu pizza

Yaxın zamanlarda müsadirə edilmiş bütün sərvətin Moskvaya çatdırılacağı, burada istintaqı aparılan cinayət işinə əlavə ediləcəyi bildirilib.

Teleqraf.com 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!