Həbsdəki icra başçısının oğluna vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Həbsdəki icra başçısının oğluna vəzifə verildi

Sosial

11 Yanvar 2021 17:52 1414


İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu yenidən prokurorluq orqanlarında fəaliyyətə başlayıb.

“Yeni Sabah” xxəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə, Məhəmməd Vilyam oğlu Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi təyin edilib.

Qeyd edək ki, mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və V.Hacıyev həbs edilib. M.Hacıyev atası həbs ediləndən sonra Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunmuşdu. /Unikal.org Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!