Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Heç bir mağazaya borcum yoxdur, məni camaatın dilinə salmayın, Allahdan qorxun...” - Xalq artisti
26 Sen 2021 14:31
6209

“Heç bir mağazaya borcum yoxdur, məni camaatın dilinə salmayın, Allahdan qorxun...” - Xalq artisti

Bu sözləri Xalq artisti Lətifə Əliyeva ötən gün haqqında çıxan “Mağazalara borcu olan xalq artisti” başlıqlı xəbərlərə görə deyib.

Yenisabah.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən sənətkar məsələnin əslində necə olduğunu bizə danışıb.

“Mən yataq xəstəsi idim, ayağa qalxa bilmirdim. Allah şahiddir ki, dediklərimin heç biri yalan deyil. Belimdə sinir damarları başqa bir damarın üstünə çıxmışdı. Uzun xəstəlikdən sonra bir balaca yaxşı oldum, başladım evin içində iki əsa ilə yeriməyə. O vaxtlarda teleaparıcı Elgiz Əkbərin verilişindən zəng etdilər ki, biz istəyirik sizi gəlib çəkək. Mən də sözün düzü kövrəldim, bir az pis oldum. Fikirləşdim ki, bəlkə onun verilişində yaxşı həkimlər olar?! Sırf həkimə görə bu çəkilişə razılıq verdim. Mən də 3 aydır təqaüd almırdım. Bilirsiniz niyə? Çünki pandemiyaya görə 65 yaşdan yuxarı insanların çölə çıxmasına icazə yox idi. Mənim də o vaxt 75 yaşım var idi. İki əsa ilə taksiyə oturub, gedib pulu bankomatdan çıxarmaq mənə əzab-əziyyət idi. Jurnalist mənə sual verdi ki, Lətifə xanım, necəsiniz? Dedim ki, bütün günü evdəyəm, banka gedib təqaüdümü ala bilmirəm. Sözgəlişi də dedim ki, dükan-bazara borcum yığılıb. Bu dükanlar da binamızın altındadır, ərk etdiyim insanlardır. Bilirlər ki, heç vaxt onlardan nisyə nəsə götürməmişəm. Heç kimə də pula görə borcum yoxdur. Kim istəyirsə gəlib həmin mağazalardan məni soruşa bilər. Hətta onlardan xahiş etdim ki, siz çəkiliş maşını ilə məni aparın pulu bankomatdan çıxarım, qayıdım gəlim evə. Bir də gördüm ki, bu söhbəti efirdə danışırlar ki, Lətifə xanımın mağazalara borcu var. Sonra bir aktrisa zəng edib efirə deyib ki, o prezident təqaüdü alır, necə ola bilər ki, mağazalara borcu var?! Daha sonra həmin aktrisa Murad Arifin “Popumuz var” verilişində də mənim haqda bilib-bilmədiyi hər şeyi danışmışdı. Demişdi ki, Lətifə xanım 2 min manat pul alır, maaş alır. Halbuki uzun illərdir teatrdan maaş almıram, müqavilə ilə çalışıram” deyə xalq artisti bildirib.

Lətifə Əliyeva daha sonra müharibə ilə bağlı filmlərə təmənnasız çəkildiyini bildirib.

“Yayın istisində məni bir filmə çağırdılar, nəfəs almaq mümkün deyildi. Film jurnalist Salatın Əsgərova haqqında idi. Mən də qaçqın bir qadın obrazını oynadım. Təşkilatçılar da məni dəvət edəndə dedi ki, maddiyatımız azdır, sizə çox qonorar verə bilməyəcəyik. Dedim ki, Salatın xanım haqda çəkilən filmdən qonorar götürmək olmaz. Əlbəttə ki, filmdən qonorar almadım.  Bu yaxınlarda da bir seriala çəkildim. Pulumu hələ də götürməmişəm, nə qədər çağırırlar gəl götür, günü-günə satıram. Deyirəm ki, eybi yox qalsın nə vaxt yolunuz bura düşsə gətirərsiniz. Sağ olsunlar ki, gətirib evdə verdilər pulu mənə. Əgər pula ehtiyacım olsaydı o dəqiqə gedib götürərdim də. Niyə götürmədim? Bir dəfə Zaurun verilişində aktrisa Tünzalə Əliyevaya 500 manat, Eldəniz Zeynalovun oğluna 200 manat, bir başqa xəstəyə isə 300 manat kömək etdim. Mən yaşda qadına hörmət etməkdən durub məni camaatın dilinə salırlar. Ayıbdır, özünüzü yığışdırın. Elə etməyin ki, sizinlə qanun çərçivəsində danışım” deyə xalq artisti bildirib./Moderator.az

  • Ələsgər Ələsgərov
    Ələsgər Ələsgərov
    Xanım narahat olmayın. Bunları deyənlərin nə ailələri var,nə ata anaları. Onlar hamısı küçə insanlarıdır. Siz qeyrətli Azər baycan Qadinisiniz. Qoy o buqeyrətlər öz dərdlərini çəksinlər
    29 days ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər