Heç bir vəkil sizi xilas edə bilməz - Tolikdən sərt açıqlamalar   + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Heç bir vəkil sizi xilas edə bilməz - Tolikdən sərt açıqlamalar + VİDEO

Şou

11 İyul 2025 15:27 300


Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sərt açıqlamaları ilə yenidən gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, o, şəxsi sosial media hesabında paylaşdığı video vasitəsilə ona və anasına qarşı irəli sürülən ittihamlara münasibət bildirib. 

Tolik bu iddiaları qəti şəkildə təkzib edib və hüquqi addımlar atacağını bildirib: Pepperoni pizza

“Görürəm ki, narkotik vasitələrin satışı ilə övladlarını böyüdənlər indi çıxıb Allahdan danışırlar. Öz murdar əməllərinə mənim anamın da adını salırlar. Yazığım gəlir sizə. Onsuz da yarınız zindandadır”.

Aparıcı bildirib ki, heç kəsi konkret şəkildə təhqir etmədiyini, lakin artıq səbir kasasının dolduğunu vurğulayıb:

“Mən ümumi olaraq heç kəsi söyməmişəm. Amma hamınızın da məqsədini bilirəm. Ortada oynadılan fiqurlarsınız. Anam bu gün də Azərbaycandadır. Sizə qarşı hüquqi addımlar atacağam. Məhkəməyə müraciət edəcəyəm və anamın vasitəsilə sizdən üzr istədiləcəyəm. Heç bir vəkiliniz bu işin altından çıxa bilməz”.

Tarix Əliyev, həmçinin, xaricdə yaşadığı illərə də toxunaraq, yayılan iddialara münasibət bildirib:

“Biz Hollandiyada yox, Almaniyada yaşamışıq. Orada da hər zaman vətənimizə sadiq olmuşuq. Kim nə olduğunu yaxşı bilir. Siz o vaxtlar başınızı narkotik satmaqla məşğul edirdiniz". 

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!