“Heç biri onunla vidalaşmağa gəlmədi” - Tolik həmkarlarını tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

“Heç biri onunla vidalaşmağa gəlmədi” - Tolik həmkarlarını tənqid etdi

Şou

21 Aprel 2024 17:17 4637


"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam!".

Yenisabah.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradını bildirib: 

"Cavanşir müəllimin getdiyi ve reytinq verdiyi verilişlərin heç birinin aparıcıları onunla vidalaşmağa gəlməmişdi. TikTok-da Cavanşir müəllimin danışdığı hissələri paylaşıb verlişlərinizi reklam edənlər, harada idiniz? Dördpendirli pizza

Allah hər ikisinə rəhmət eləsin...".

Qeyd edək ki, C.Məmmədov ötən gün 70 yaşında ürəktutmasından vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!