“Həcdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar” - Allahşükür Paşazadə

saytların hazırlanması

Evə çatdırılma

“Həcdə olan zəvvarlar ziyarətlərini tamamlayıblar” - Allahşükür Paşazadə

Din

27 May 2026 09:47 64


Həcdə olan zəvvarlar ziyarətlərini tamamlayıb, hacı adını qazanıblar.

"Yeni Sabah" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Həcdə olan zəvvarlar çox rahatdırlar: "Bütün ziyarətlərini uğurla davam etdirirlər. Həmişə zəvvarlarımız arasında müəyyən çətinliklər və ya səhhət problemləri olurdu. Bu dəfə isə ciddi narahatlıq yaşanmadı. Şükürlər olsun ki, hamısı sağ-salamatdırş Onlar Mina, Ərəfat və digər müqəddəs məkanlarda olublar, ziyarətlərini davam etdirirlər. Təbii ki, buna çox sevinirik. Onlar artıq ziyarətlərini tamamlayıb, hacı adını qazanıblar və bu gün hacıdırlar". Dominos pizza

Allahşükür Paşazadə vurğulayıb ki, orada Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna hər il ehsan verilir: "Həmin ehsan bu il də təşkil olunacaq"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!