Həkimin qarın gərmə əməliyyat etdiyi qadın dəhşətli durumda:  Video +18 görüntülər

Həkimin qarın gərmə əməliyyat etdiyi qadın dəhşətli durumda: Video +18 görüntülər

Hadisə Veb saytların hazırlanması

04 Dekabr 2023 21:41 1822


Bakıda xəstəxanaların birində plastik əməliyyat etdirən xanım dəhşətli duruma düşüb. 

Yenisabah.az xəbər verir ki, abdominoplastikadan sonra pasientin yarasında irin və dərin çapıqlar yaranıb.

Bu barədə sosial şəbəkə hesabında paylaşım edən plastik-rekonstruktiv cərrah Dilqəm Məmmədov dəhşətli görüntüləri paylaşaraq insanları ehtiyyatlı olmağa səsləyib:

“Dəyərli pasientlər, həkim müayinəsi zamanı əksəriyyət hallarda zəmanət istəyi (qarantiya) ən öndəki məsələ olur. Bunu maksimal əldə etmək üçün həkimlə yanaşı pasientin də savad və intellekti birinci şərtdir! Gördüyünüz xanım çanaq boşluğu üzvlərinin əməliyyatı ilə yanaşı, estetikanı da düşünüb… Abdominoplastika əməliyyatının kifayət qədər həcmli əməliyyat olduğunu bilərək, yanaşı icrasına həkimin necə razılaşması təccüb doğurur. Nəticədə uzun zamanını, sağlamlığını, psixi statusunu və.s itirən iki tərəf var: pasient, həkim”.

Qeyd edək ki, Abdominoplastika qarın divarındakı əlavə piylərin və dərinin çıxarılması ilə əzələləri dartaraq qarnı düzləşdirən əməliyyatdır. Bu cərrahi əməliyyat qarın gərmə kimi də tanınır.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!