“Həkimlər müəyyən etdilər ki…” - Əməliyyat üçün Türkiyəyə gedən Arif Babayevdən açıqlama

“Həkimlər müəyyən etdilər ki…” - Əməliyyat üçün Türkiyəyə gedən Arif Babayevdən açıqlama
Sent 20, 2019 16:28
Oxunma sayı: 187

"Dizlərimdə biraz ağrılar var idi, sonradan həkimlər müəyyən etdilər ki, qığırdaqlarda yeyilmələr olub".

“Yeni Sabah” xəbər verir ki, bunu "Report"a açıqlamasında hazırda Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində müalicə olunan Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev deyib. 

Xalq artisti bildirib ki, diz qapağında yaranan ağrılardan sonra həkimə müraciət edib: "Yəqin ki, bu da yaşla əlaqədardır. Ona görə də işdən icazə alıb bura gəlmişəm. Hazırda müalicələrim davam etdirilir, həkimin yazdığı dərmanları da qəbul edirəm. Ən əsası odur ki, uğurlu əməliyyat keçirdim. Mənim üçün narahat olan hər kəsə təşəkkürümü bildirirəm və narahat olmasınlar deyirəm. Hər şey yaxşıdır, qaydasındadır. Şükür Allaha ki, hələ ayaqüstəyəm.Təxminən, 4-5 günə Bakıya qayıdacam". 

Xalq artisti bir müddət keçəndən sonra təkrar əməliyyat olunacağını bildirib.

Qeyd edək ki, 81 yaşlı A.Babayev Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.

 

Yenisabah.az