“Həkimlər Rasim Balayevə deyiblər ki, 3 həftə...”

saytların hazırlanması

Evə çatdırılma

“Həkimlər Rasim Balayevə deyiblər ki, 3 həftə...”

Şou

10 İyul 2024 17:02 781


"Rasim müəllimlə hər gün telefonla danışıram. Dünən də zəng vurub səhhətiylə maraqlandım. Şükür Allaha, hər şey yaxşıdır".

Yenisabah.az bakupost.az-a istinadla xəbər verir ki, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib.

O, həkimlərin əməliyyatdan sonra Rasim Balayevə 3 həftəlik müalicə müddəti təyin etdiklərini bildirib: Pepperoni pizza

"Əməliyyatdan sonra Rasim müəllim xəstəxanada bir gün qalıb. Hazırda ev şəraitində müalicələri davam edir. Amma həkimlər deyiblər ki, 3 həftə işə getmək, aktiv həyat tərzi olmaz".

B. Vəziroğlu illərdir ki, aktyorun onurğa sütununda yaranan xəstəlikdən əziyyət çəkdiyini bildirib:

"Getmədiyi həkim qalmamışdı, bir az səhhəti yaxşı olurdu, amma yenə pisləşirdi. Sən demə, vaxt uzandıqca, xəstəlik daha da aqressivləşirmiş. Şükür ki, peşəkar həkim tapdı, əməliyyatı da yaxşı keçdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!