Rusiya istehsalı olan “Mi-17” hərbi helikopterinin havaya qalxan zaman qəzaya uğraması nəticəsində 10-dan çox uqandalı əsgər həlak olub.
“Report” xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Qəza Konqo Demokratik Respublikasının şərq hissəsində baş verib. Burada Konqo və Uqandanın silahlı qüvvələri Müttəfiq Demokratik Qüvvələrinin üsyançılarına qarşı birgə hərbi əməliyyat keçirir. pizza mizza
Uqanda ordusunun briqada generalı Feliks Kulaycie helikopterin qəzaya uğramasını təsdiqləyib.
O, hadisənin səbəbləri barədə məlumatının olmadığını bildirib.
Telegram kanalımız