Həm Bakı, həm də İrəvan  davamın necə olmasını bilir - Overçuk

Həm Bakı, həm də İrəvan davamın necə olmasını bilir - Overçuk

Siyasət Veb saytların hazırlanması

26 May 2023 10:14 592


"Azərbaycan və Ermənistan eyni dərəcədə başa düşürlər ki, nəqliyyat dəhlizlərinin açılması prosesi necə davam etməlidir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Moskvada keçirilən üçtərəfli görüşünün yekunları barədə danışarkən Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

O əlavə edib ki, 3 ölkənin liderləri baş nazirin müavinləri arasında aparılan danışıqlardan sonra yeni görüşün lazım olub-olmamasına qərar verəcəklər.

Xatırladaq ki, Paşinyan-Əliyev-Putin görüşü cəmi 20 dəqiqə davam edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!