Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmənin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilir.
"Yeni Sabah" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində proses qapalı keçirilib.
Təqsirləndirilən şəxsin vəkili və zərərçəkən şəxsin nümayəndəsi bildirib ki, yayılan məlumatlardan sonra həm təqsirləndirilənin, həm də zərərçəkənin şəxsiyyəti ilə bağlı sosial şəbəkələrdə nalayiq ifadələr səslənir. pizza sifarişi
Xatırlatma: hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Ə.Ş-yə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.
Telegram kanalımız