ABŞ HƏMAS-ın İsrailə hücumlarında İranın “əli olduğuna” inansa da, hazırda Vaşinqtonda İranı hücumlarla əlaqələndirən “birbaşa məlumat” yoxdur.
Yenisabah.az ABC-yə istinadla xəbər verir ki, bunu ABŞ milli təhlükəsizlik müşavirinin müavini Con Fayner deyib.
O bildirib: “Çox açıq şəkildə deyə bilərik ki, İran bütövlükdə bu hücumlarda iştirak edir, çünki o, onilliklər boyu HƏMAS-a dəstək verib. Bizdə olmayan İranın son bir neçə gündə baş vermiş hücumların sifariş və ya planlaşdırılmasında iştirakını göstərən birbaşa məlumatdır. Bu, yaxından izləyəcəyimiz bir məsələdir”. Dominos pizza
Telegram kanalımız