Türkiyəli müğənni Sevda Demirelin Los-Ancelesdə yaşayan qardaşı oğlu həmcinsi ilə evlənib.
"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, Brendon Demirel üç ildir eşq yaşadığı Denni Karrasko ilə evlənib. Cütlüyün nişanı 2016-ci ilin iyulun 21-də, toyları isə ötən ilin yay aylarında baş tutub.
Sevda Demirel isə bu evliliyə bu cür münasibət bildirib: “Homofob deyiləm, amma iki bığlı adamın evlənməyi məni dərindən yaraladı. Yeganə bacım oğlunun toy şəkilləri mənə göndəriləndə böyük şok yaşadım. Fotolarda gəlin yox idi. Onun evliliyindən sonra həblər və sakitləşdirici dərmanlar istifadə etmişəm. Atam nəvəsinin belə evləndiyini görsə, çox üzülərdi. Təəssüf ki, əxlaqi dəyərlər pozulur. Azğınlığı alqışlamıram. Müasirlik bu deyil”. pizza




Telegram kanalımız