“Həmin ifaçılar “parazit”lərdir” - Rəşad İlyasovdan sərt açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Həmin ifaçılar “parazit”lərdir” - Rəşad İlyasovdan sərt açıqlama

Şou

17 Aprel 2023 23:46 820


"Konsert etdim, 500 insan tutan məkan idi. Hamı zəng vurub bilet istədi. Tanıyan, tanımayan, sosial şəbəkədə yazan... Yazırlar ki, səni çox istəyirəm, uşaqlıqdan izləyirəm, bilet göndər. Sevən adam sonuncu pulunu verib bilet alıb, konsertə gəlməlidir. Havayı konsert istəyirlər. Ya da bir-iki adam arasında desinlər ki, ifaçı mənə bilet göndərdi".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəşad İlyasov "Söz baz" verilişində deyib. Müğənni şou-biznesə yeni gələn bəzi ifaçıları tənqid edib:

"Şou-biznes haqqında çox danışaram, amma susmaq lazımdır. Vəziyyəti özünüz görürsünüz. O gün bir qız gördüm, deyir, instaqram mahnıları yazdırmışam. Hamı özünü göstərmək istəyir, amma olmaz. Onlar parazitlərdir. İnsan orqanizminə girir, qidalanırlar. Səhnəyə müqəddəs baxıram. Şou-biznesimizdəki parazitlərə icazə verməməliydik ki, qidalansınlar, biz icazə verdik". Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!