“Həmin müğənnini evli qadınlar toya çağırmır ki, ailə dağıdıb“ -   Tolik

saytların hazırlanması

Evə çatdırılma

“Həmin müğənnini evli qadınlar toya çağırmır ki, ailə dağıdıb“ - Tolik

Şou

17 İyul 2024 17:01 12391


"Qalmaqallar bir çox müğənninin həyatına, işinə son qoyub. Bəzi müğənnilər var ki, qalmaqal edib, indi ailəli kişilər, qadınlar onları toya çağırmır. Təyyarədə oturduğu yerdə arvadı kişinin qolundan dartıb ki, onunla oturma, yolu ağlaya-ağlaya gəlib. Çünki həmin adamın qalmaqalı ailə dağıtmaq üstündə olub".

Yenisabah.az xəbər verir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev (Tolik) "Xəbərin var?" verilişində deyib.

O, aparıcıların verilişlərində yaratdığı qalmaqaldan danışıb: Dördpendirli pizza

"Bir çox müğənnilərin şəxsi həyatını sosial verilişlərdə ortaya qoyub bədbəxt edən aparıcılarımız var. Fakt bu gün bir çox müğənnilərin həyatında çörəyinə bais olub, bədbəxt ediblər. Nədi 10 günlük reytinq olacaq, 10 gün onlardan danışılacaq. İndi onlar əliqarğışlı gəzirlər. Ağlayırlar ki, bizi toya çağıran yoxdur. Mahnı oxuyurlar, partladır. Ancaq toya dəvət olunmurlar. Ad çəkmirəm, 3-4 belə müğənni var. Bilinir söhbət kimdən gedir. Onların karyerasına son qoyulub". (Axşam.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!