Aparıcı və aktrisa Xuraman Əlizadə yeni biznesindən danışıb.
Yenisabah.az xəbər verir ki, “Xəbər ətər” proqramında bu haqda açıqlama verən aktrisa hər zaman özü öz pulunu qazandığını bildirib:
“Həmişə cüzdanımda öz pulum olub. Teatrda işləmişəm, qazanmışam. İndi ailəliyəm. Qızlara arzu edirlər ki, ər çörəyi yeyəsən, ər çörəyi də, əl çörəyi də yeyirəm. Hazırda bir serialda - “Qaratikan”da çəkilirəm. Qalan 6 gün boşam. Deyirəm ki, niyə o günləri boş keçirim, yatım, kinoya baxım və sairə. Həmişə arzulamışam ki, şirniyyat mağazam olsun, adını da qoyum “Xurma”. Uşaqlıqdan anam mənə belə deyirdi, həm də şirniyyat evinin adına uyğun gəlir. Onlayn sifarişlər qəbul edirəm, burada qəbahət bir iş görmürəm. Həm canlı yayımlar açıram, xanımlar öyrənirlər, həm də özüm öyrənirəm. Ona da, buna da vaxt tapıram. İnşallah ki, qazancım daha gözəl olacaq”. pizza mizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız