Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Həmkarı Arif Quliyevin qəbirüstü abidəsinin götürülməməsindən danışdı
18 İyn 2021 12:16
1434

Həmkarı Arif Quliyevin qəbirüstü abidəsinin götürülməməsindən danışdı

Mərhum Xalq artisti Arif Quliyevin məzar daşının hazırlanması üçün ailəsinin maddi imkanı yoxdur. Aktyorun ailə üzvləri bunun üçün Mədəniyyət və Turizm Nazirliyindən dəstək gözləyir.

Ötən gün isə mərhum sənətçinin həmkarı Natiq Fərzəliyev Xalq artistinin məzar daşının düzəldilməsi üçün ailəsinin maddi imkanının olmadığını bildirib.

Məsələ ilə Yenisabah.az-a danışan Əməkdar artist Nahidə Orucova həmkarına qarşı bu cür laqeyd münasibətin yolverilməz olduğunu deyib:

“Bunu mən də eşitdim. Mənim fikrimcə, hər bir aktyor, ələlxüsus da Xalq artisti diqqət mərkəzində olmalıdır. Hər halda Arif Quliyev mədəniyyət sahəsi üçün az şey etməyib. Onun da özünəməxsus obrazları, yumoru var idi. Allah rəhmət eləsin. Arif Quliyevin dünyasını dəyişməsi bizə çox böyük zərbə oldu. Əsl sənətkarlar bir-bir aradan gedir, bu çox ağırdır. Onun ölümü teatrımıza və mədəniyyətimizə də ağır itkidir. Ona görə də ölümündən sonra birləşib ortaya nəsə çıxartmaq olar. Ən azından birləşib qəbirüstü daşını götürmək olar”. 

Qeyd edək ki,  Arif Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun qəbirüstü daşı hələ də hazırlanmayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər