Həmkarı Dilarə Əliyevanın vəziyyətindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Həmkarı Dilarə Əliyevanın vəziyyətindən danışdı

Şou

29 Mart 2023 17:58 923


“Dilarə ilə demək olar ki, hər gün danışıram, evlərinə gedirəm. Özünə gəlir, buna məcburdur, çünki 2 qızı var. O, güclü olmalıdır ki, uşaqları da baxıb ondan güc alsın”.

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Ülviyyə Əliyeva deyib.

O, mərhum Oqtay Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyevanın vəziyyətindən söz açıb: “Dilarənin çox işi var. Məcburdur... İşlərinin, verilişinin başına qayıtmalıdır. “SOY” production qalıb belə... Akademik Milli Dram teatrında “Adamın adamı” tamaşasında rol almışdı. Bir yerdə həmin tamaşanı oynayacaqdıq, başımıza belə hadisələr gəldi. Hamımız səbrsizliklə gözləyirik və dua edirik ki, Dilarə aramıza qayıtsın. Onu iş xilas edəcək. Psixoloji vəziyyəti bəllidir. Dördpendirli pizza

Onun çevrəsində olan insanlar, yəni həm Oqtayın, həm də Dilarənin ailəsi, eləcə də, biz dostları ona mənəvi və psixoloji dəstək olmağa çalışırıq. Dilarənin özü də möhkəm qadındır.

Mərhum Oqtay Əliyevin anası Elmira xanımın da vəziyyəti yaxşı deyil. Dağ boyda oğlunu itirdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!